Zəngəzur Milli Parkında təlim keçiriləcək

SOSİAL 12 fev 2024, 14:29
Fevralın 13-14-də Şahbuz rayonu Zəngəzur Milli Parkının ərazisində “Qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili” mövzusunda təlim keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən məlumat verilib.

Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı texnikaların və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top