İordaniyada təlim təyyarəsi qəzaya uğrayıb, ölənlər var

DÜNYA 11 fev 2024, 15:45
İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi əlak olub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri uçuş zamanı qəzaya uğrayıb. Qəzada pilotlar, mayor Ömər Atta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Xudeyr həlak olub.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top