Ağstafada 27 yaşlı qadın dəm qazından zəhərlənib

HADİSƏ 10 fev 2024, 21:47
Ağstafada zəhərlənmə faktı qeydə alnıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin 33-cü məhələ adlan yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Sevinc Şəhriyarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qadına tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 27 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top