“Ekransız cəmiyyət — uşaqlarımızı qoruyaq!” — Yeni QADAĞA

DÜNYA 09 fev 2024, 23:12
Fransanın Sein Port şəhərində ictimai yerlərdə mobil telefondan istifadə qadağan olunub.  Kiçik şəhərin sakinləri bu qərarın lehinə səs veriblər.  

Demokrat.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, şəhərdə “ekransız cəmiyyət – uşaqlarımızı qoruyaq!” devizi yazılmış plakatlar asılıb.

Şəhər meri Vinsent Paul Petit deyib ki, gəncləri və uşaqları telefonlardan uzaq tutmaq üçün alternativ layihələr düşünülür, o cümlədən azyaşlılar və yeniyetmələr üçün əlavə idman mərkəzi və kinoteatr tikiləcəyi vəd edilib. Yaxın günlərdə verilməsi gözlənilən yeni fərmana əsasən məktəblərin qarşısında, mağazalarda, küçədə gəzərkən və kütləvi tədbirlər zamanı telefon və digər cihazlardan istifadə qadağan ediləcək. Səsverməyə və həyata keçirilən yeni tədbirlərə baxmayaraq şəhərdə telefondan istifadə üçün faktiki cəzalar olmayacaq.

Sein Port şəhəri Fransanın tarixi əhəmiyyətli qalalarından biri olan “De Faux-les-Viquemots" qalası ilə məşhurdur. Qaladan başqa turistlər “Fontainebleau” qəsrini və ətrafındakı meşəni də ziyarət edə bilərlər.  Adətən, səs-küydən qaçmaq istəyən parislilər də buraya üz tuturlar. Şəhərdə iki nəfərin gecələməsi təxminən 100 ABŞ dollarına başa gəlir.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top