Pediatrdan ÇAĞIRIŞ: “Uşaqların beynini telefon zədələyir”

GÜNDƏM 08 fev 2024, 01:20

“Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar...”.

Ölkə.az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O, valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb:

“Bilsəm ki, həqiqətən valideynlər etdiyini başa düşmürlər, özümə ayıracağım vaxtdan onları öyrətməyə ayıraram. Amma görürəm ki, onların özlərinin beyni də çox yuyulub. Çünki qəbulda saatlarla danışsam da, baxışlarında dəyişiklik hiss etmirəm. Ya anlada bilmirəm, ya da anlamaq istəmirlər. Düzü, necə edək bilmirəm. Məhvə doğru gedən insan populyasiyasına acıyıram.

Hələ görün, bu gün telefon asılılığından əziyyət çəkən uşaqları nə gözləyir. Manqurt kütlə formalaşacaq. Ağzında fastfud, əlində telefon.

Necə edək? Otağımda zərərli məhsulları göstərən şəkil asmışam, lövhəyə olar-olmazları yazmışıq. Yazırıq, efirdə danışırıq”.

Pediatrın fikrincə, hər pediatr otağında zərərli məhsullardan uzaq durmağı göstərən şəkillər olmalıdır.  "Məktəblərdə də paylanmalıdır. Bağça uşaqlarının isə valideynlərinə verilməlidir. Bu işdə Elm və Təhsil, Səhiyyə nazirlikləri, TƏBİB valideynin öz uşağı üçün narahat olduğu kimi narahat olmalıdır”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top