Xoşqədəm atasından danışdı: “6 ildir ki...“ — VİDEO

ŞOU-BİZNES 06 fev 2024, 12:57
Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərinin 6 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Səni Axtarıram” verilişində danışıb.

X.Hidayətqızı atasının səhhətinin yaxşılaşdığını bildirərək sevincini canlı efirdə bölüşüb:

“Bu gün atamla bağlı xoş xəbər almışam. Bilirsiniz ki, atamla anam Milli Onkologiya Mərkəzində müalicə alırlar. Bu gün atam analiz üçün getmişdi, efirə girməyimə yarım saat qalmış həkim mənə zəng vurub dedi ki, gözün aydın, nəticələr yaxşıdır, Allahın izni ilə atan 100 yaşına qədər gedəcək. Allaha qurban olum, o böyükdür, möcüzələr sahibidir. Mən həmişə Allaha güvənmişəm. Allah bütün xəstələri qorusun, içində də mənim zəhmətkeş atam, anam olmaqla.

Göydə Allahın, yerdə peşəkar həkimlərin köməyilə mənim valideynlərim 6 ildir ki, xəstəliyə qalib gəlirlər. Allahıma milyon kərə təşəkkür edirəm”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top