2 fevral Azərbaycan Gəncləri Günüdür. Gənclər siyasəti ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir. Bu siyasətin təməlini isə ümummilli lider Heydər Əliyev qoyub. Gənclərin ölkənin, dövlətin və cəmiyyətin inkişafında, tərəqqiyə nail olmasında rolunun müstəsna olduğunu hər zaman diqqətdə saxlayan ulu öndər Azərbaycan gəncliyinin bugünkü səviyyəyə çatmasında əvəzsiz xidmətlər göstərib. Hələ dünyanın ən böyük və nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatında gənclər günü elan olunmadığı bir vaxtda ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycan Gəncləri Gününün təsis edilməsi müstəqillik dövrünün ilk illərindən dövlətin gənclər siyasətinə verdiyi önəmi sübuta yetirir. Bu təntənəli hadisə MDB məkanında və Şərqi Avropada bir ilk idi. Bundan iki il sonra – BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edildi. Bu həm də onu deməyə əsas verir ki, Heydər Əliyevin müvafiq fərmanı və ümumilikdə Azərbaycan dövlətinin gənclər siyasətini rəhbər tutması, gəncliyə verdiyi dəyər, gənclərə göstərdiyi diqqət və qayğı bütün dünya gənclərinin bundan bəhrələnməsi ilə nəticələnib.

Bu gün hər sahədə olduğu kimi gənclər siyasətində də Prezident İlham Əliyev ümummilli liderin müəyyən etdiyi yolu uğurla davam etdirir. Deyə bilərik ki, son illərdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyulub. Gənclərin mənəvi, mədəni, fiziki inkişafı ilə bağlı görülən işlər daha da intensiv xarakter alıb. Gənclərin keyfiyyətli təhsil alması bu siyasətin əsasını təşkil edir. Bu baxımdan dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”, 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi gələcək inkişafımızda əsas istiqamət verici rol oynayan gənclərin hərtərəfli inkişafına diqqət və qayğının bariz göstəricisidir. Bütün bunlar gənclər üçün yeni fürsətlər deməkdir. Qloballaşan dünyada yeni çağırışların meydana gəldiyini nəzərə alan ölkə başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təmin etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərov Demokrat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan gənclər siyasətinə ən çox yer ayıran ölkələrdən biridir:
“Ulu öndərin hakimiyyətə gəlişindən sonra ilk yaradılan nazirlik Gənclər və İdman Nazirliyi oldu. Bu da ulu öndərin gəncliyə, ölkənin gələcəyinə, gənclərin hərtərəfli inkişafına nə qədər önəm verdiyinin əyani sübutu idi. Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı da günümüzdə gənclər siyasətinin dövlətin prioritet istiqamətlərindən birini təşkil etdiyini göstərir. Ölkə Prezidentinin Olimpiya Hərəkatına rəhbərlik etməsi həm də bir mesajdır, çünki Olimpiya Hərəkatı sülh, qardaşlıq, birlik deməkdir”.
Deputatın sözlərinə görə, gənclər siyasəti çərçivəsində gənclərdə milli vətənpərvərlik hissələrinin formalaşdırılması, istedadlı gənclərin üzə çıxarılması, xaricdə təhsil imkanlarının genişləndirilməsi ilə bağlı dövlət proqramları qəbul edilib, əhəmiyyətli tədbirlər həyata keçirilib:
“Xüsusən də vətənpərvərlik ideyalarının təbliği ilə bağlı görülən işlərin ölkə olaraq bəhrəsini gördük. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi dövründə bütün dünya gənclərinə nümunə oldular. Onlar vətən uğrunda canından keçməyin nə demək olduğunu göstərdilər, mübarizənin qəhrəmanına çevrildilər, 21-ci əsrin vətənpərvərlik məktəbini yaratdılar. Düşünürəm ki, torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizə aparmış Azərbaycan gəncləri bu birliyi, bütövlüyü gələcək nəslə əmanət edə biləcəklər”.

V.İskəndərov əlavə edib ki, gənclər siyasəti ilə bağlı qarşıda yeni hədəflər, çağırışlar var:
“Gənclik insan ömrünün ən məhsuldar dövrüdür. Hər bir yaş kateqoriyasına aid insanlar gənclərin yanında olmalıdırlar. Onları qınamaq yox, dəstək olmaq lazımdır. Gənclərin təhsilə, peşəyə cəlb olunması üçün müvafiq işlər görülür. Artıq Azərbaycan yeni dövrə qədəm qoyub, cənab Prezidentin də söylədiyi kimi yeni epoxa başlayır. 44 gündə qəhrəmanlıq, şücaət göstərən Azərbaycan gənci indi də qazanılan zəfəri dayanıqlı etməli, qələbəni yaşatmalıdır. Gənclər dünyada baş verən hadisələrin fərqində olmalıdırlar. İnnovasiyaya, yeni biliklərə açıq olmalıdırlar, daim öyrənməlidirlər və bu biliklərdən ölkənin inkişafı üçün istifadə etməlidirlər. Milli-mənəvi dəyərlərimizi qorumaq isə qloballaşan dünyada əsas vəzifəmizdir”.
Dövlət və ictimai maraqların təmin olunmasında da gənclərin üzərinə böyük pay düşür. Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir, bu, Azərbaycan dövləti və xalqının tarixində mühüm hadisədir. Gənclərin ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdə rolunu müsbət qiymətləndirən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdiyev isə qeyd edib ki, Azərbaycan dünyada gənc dövlətdir, ölkə başçısının formalaşdırdığı komanda da, əsasən, gənclərdən ibarətdir. Bu onu deməyə əsas verir ki, Azərbaycanda gənclər siyasətinin əsas təbliğatçısı elə ölkə başçısının özüdür. T.Allahverdiyev sayta açıqlamasında bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoydu:
“Ölkədə bütün sferelarda gənclər xüsusi rol oynayır. Uğurlu gənclərin mükafatlandırılması, cənab Prezidentin gənclərlə görüşü, onlarla bağlı yeni layihələrin həyata keçirilməsi bunu deməyə əsas verir. Prezident Administrasiyasında gənclər siyasəti və idman məsələləri üzrə məsul şöbənin təsis edilməsi, Gənclər Fondunun yaradılması bu sahəyə dövlət qayğısının böyük olduğunu göstərir. Bu gün Prezident tərəfindən edilmiş yeni təyinatlara baxdıqda görürük ki, önəmli vəzifələrə təyin olunanların əksəriyyəti 1980-1985-ci il təvəllüdlü kadrlardır. Bu gün Azərbaycanın ictimai-siyasi həyatı gəncləşib, bütün sahələrdə gəncləri görmək mümkündür. Əlbəttə, gənclərin problemləri, narazı qaldıqları məsələlər ola bilər, əminəm ki, bu problemlər də zamanla öz həllini tapacaq”.

QHT sədrinin fikrincə, ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayan Azərbaycan gənci artıq öz seçimini edib:
“İlham Əliyev həm də xalqın bütün təbəqələrinin liderinə çevrilib. Xatırlayırsınızsa, Vətən müharibəsi zamanı cənab Prezident canlı yayımda xalqa müraciətində səfərbərlik elan olunduğunu açıqladı. Bir saat keçmədi ki, ölkənin bütün şəhər və kəndlərində hər kəs küçələrə axışdı, gənclər könüllü şəkildə müharibəyə yollandılar. Bu, dünyada nadir hadisələrdən idi. Azərbaycan gəncliyi 44 günlük savaşda və 23 saatlıq antiterror tədbirlərində özünü isbat etdi. Qarabağın yenidən qurulmasında, orada yaşayın canlanmasında da müxtəlif sahələrdə çalışan gənclərin əməyi danılmazdır.
Azərbaycan gəncliyi İlham Əliyevi dəstəkləməklə tək prezident seçmir, həm də Zəngəzura, İrəvana qayıdışa, Xankəndində daimi sabitliyə, Şuşanın qurtuluşuna səs verir. Suveren Azərbaycanın tarixində keçiriləcək ilk seçkilər həm də bir bayramdır. 7 fevral tarixi Azərbaycan gəncliyinin gələcəyinin həll olunduğu gündür. Ölkə gənclərini, eləcə də xaricdə yaşayan gənc soydaşlarımızı, ümumilikdə hamını seçkilərdə aktiv iştirak etməyə çağırıram”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində yayımlanır.