Dövlət komissiyasının İşçi qrupunun üzvlərinin sayı artırıldı — Prezidentdən FƏRMAN

DAXİLİ SİYASƏT 11 iyun 2025, 16:07
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamədə dəyişiklik edilib.

Demokrat.az President.az istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə yaradılmış İşçi Qrupun üzvlərinin sayı 8-dən 15-ə artırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top