İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı — SƏRƏNCAM

DAXİLİ SİYASƏT 04 iyun 2025, 12:48
Prezident İlham Əliyev Quba rayonunun Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi - Səbətlər - Qənidərə - Sırt Çiçi - Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Demokrat.az xəbər verir.

Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) - Çiçi - Səbətlər - Qənidərə - Sırt Çiçi - Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top