Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu

REGİON 31 yan 2024, 22:00
Birləşmiş Ərəb Əmirliklərinin  (BƏƏ) vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi baş tutub.

Demokrat.az
xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada, BƏƏ-nin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi ilə bağlı vasitəçiliyinin uğurlu olduğu bildirilib. 

Bəyanatda hər iki tərəfdən hərbi əsirlərin vasitəçilik sayəsində azad edildiyi bildirilib, Rusiya və Ukrayna hökumətlərinə təşəkkür edilib. 

Bəyanatda qeyd olunub ki, BƏƏ-nin vasitəçilik uğuru onun Rusiya və Ukrayna ilə möhkəm münasibətlərinə əsaslanır.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top