Sumqayıtda zəncirvari qəza: Xəsarət alanlar var

HADİSƏ 31 yan 2024, 00:22

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

Qəza zamanı “Toyota Prius” və “Wolksfagen Passat” markalı avtomobillər toqquşublar. Nəticədə “Toyota Prius” yolun kənarındakı səkiyə çırpılıb.

Bu zaman arxadan gələn daha bir “Toyota Prius” markalı avtomobil də idaretmədən çıxaraq eynimarkalı avtomobilə çırpılıb.

Qəza nəticəsində iki nəfər (ad-soyadları dəqiqləşdirilir) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top