Süd Yolunda sirli obyekt tapıldı

MARAQLI 30 yan 2024, 22:10
Alimlər Süd Yolunda sirli obyekt kəşf edib.

Demokrat.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində yerdən 40 min işıq ili uzaqda bir pulsar kəşf edilib.

Saniyədə 170 dəfə fırlanan bu pulsarlar neytron ulduzunun bir növüdür. 

Cənubi Afrikadakı MeerKAT Radio Teleskopu tərəfindən aşkar edilən bu obyekt bütün məlum neytron ulduzlarından daha ağırdır və məlum olan ən kiçik qara dəliklərdən daha yüngüldür. 

Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən pulsar ulduz kütləli qara dəliyin içərisindədir və bu, böyük ulduzların cazibə qüvvələrinin təsiri ilə çökməsi zamanı əmələ gəlir. 

Ulduz kütləli qara dəliklərdə olan cisimlərin quruluşu hələ tam məlum deyil. 

Buna görə də alimlər kəşfin bu sahədə mühüm irəliləyişlərə yol aça biləcəyini düşünürlər.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top