Qadın həftədə 1 dəfə çimən ərini boşadı — Ondan 500 min təzminat da aldı (VİDEO)

DÜNYA 30 yan 2024, 17:39
Türkiyədə qəribə hadisə yaşanıb.

Demokrat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankarada yaşayan A.Y.(şərti ad) adlı qadın C.Y.(şərti ad) adlı ərini məhkəməyə verərək ondan boşanmaq istəyib.

Buna səbəb C.Y.-nın şəxsi gigiyenasına diqqət yetirməməsi və natəmiz olması olub. Belə ki, qadın ərinin həftədə iki dəfə dişlərini fırçaladığını, bir dəfə isə duş qəbul etdiyini bildirib.

Keçirilən məhkəmə zamanı qadının ərinin iş yoldaşları şahid qismində iştirak ediblər. Onlar həqiqətən də C.Y-nın üzərindən tər qoxusu gəldiyini və bir paltarı davamlı olaraq hər gün geyindiyini qeyd ediblər.

Bununla da C.Y.-nın natəmiz biri olduğu və şəxsi gigiyenasına diqqət yetirmədiyi təsdiqlənib.

Hakim qadının şikayətini təmin edərək onu ərindən boşayıb. Hakim C.Y-nin arvadı A.Y.-yə 500 min lirə (təxminən 28 000 AZN) veriməsi barədə qərar qəbul edib. 

Bu barədə A.Y.-nin vəkili Senem Yılmazel "DHA"ya açıqlamasında bildirib. 

Demokrat.az sözügedən açıqlamanı təqdim edir:
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top