Mübariz Tağıyevin Gəncədə ilk solo konserti — FOTOLAR

MƏDƏNİYYƏT 30 yan 2024, 16:03
27 yanvar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev “Xatirə” adlı konsert proqramı ilə çıxış edib. 

Filarmoniyanın mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə konsertdə müğənninin ifasında sevilən mahnıları tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. 

Həmçinin gecədə filarmoniyanın solistləri Əməkdar mədəniyyət işçisi  Mehparə Cəfərova, Samir Məmmədov, Yaqub Yaqubzadə, Əli Məmmədov, Azər Verdiyev,  Vasif Bayramov sənətkarın repertuarından mahnılar ifa ediblər.

Konserti Şəhriyar Tağıyevin rəhbərliyi Estrada Ansamblı müşayiət edib.



















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top