
“ABŞ İranla müharibə və ya münaqişəyə can atmır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, bu haqda İran ərazisinə zərbə endirmək variantının nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualı cavablandıran zaman danışıb.
Kirbinin sözlərinə görə, Vaşinqton İordaniyada ABŞ əsgərlərinə edilən hücuma cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir.