" İmtahanların tədris müddəti dövründə keçirilməsi..." — AÇIQLAMA

GÜNDƏM 29 yan 2024, 20:44
2023-2024-cü tədris ilində 3 mart tarixindən etibarən buraxılış imtahanlarına start veriləcək.  Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərində buraxılış imtahanları tədris proqramının qurtarmasına iki-üç ay qalmış başlayır. Proqramı bitirməyən şagird daha zəif nəticə göstərir və bu da onun imtahan öncəsi stres yaşamasına səbəb olur. 

Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında imtahanların keçirilmə qaydalarında dəyişiklik edilməli olduğunu deyib: 


“Birmənalı olaraq məktəbdə dərs müddəti bitməyənə qədər hansısa dövlət qurumunun - istər Elm və Təhsil Nazirliyinin, istərsə də Dövlət İmtahan Mərkəzinin  yekun qiymətləndirmə keçirməyi absurddur.  Buna qətiyyən yol verilməməlidir. Əvvəlki illərdə buraxılış siniflərinin ən azı son iki həftəsinin dərsləri təkrar dərslər olurdu. Belə olanda şagirdlər də məktəbdaxili imtahanlara hazırlaşırdılar. Məktəbdən kənar, yəni mərkəzləşmiş imtahanlar təhsil müddəti başa çatandan ən azı bir ay sonra keçirilməlidir. İmtahanların tədris müddəti dövründə keçirilməsi şagirdlərin əlavə yüklənməsinə, gündəlik  dərs sisteminin pozulmasına, dərsdən yayınma hallarının kütləviləşməsinə gətirib çıxarır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top