Gədəbəydə avtomobil aşıb: Sürücü xəsarət alıb

HADİSƏ 28 yan 2024, 20:32

Gədəbəydə avtomobil aşıb, sürücü xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Land Rover” avtomobilinin sürücüsü, Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü M.Orucov müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəsarət alan şəxsin Şəmkirin Yeni Həyat kəndinin keçmiş icra nümayəndəsi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top