Azərbaycanlı müğənni "Range Rover"ni 40 000 dollara satır — VİDEO

ŞOU-BİZNES 25 yan 2024, 13:49
Müğənni Əlikram Bayramov bahalı avtomobilini satışa çıxarıb.

Demokrat.az xəbər verir ki, sənətçi "Range Rover" markalı maşınını 40 000 dollara (təxminən 68 000 AZN) təklif edir.

Bu barədə ifaçı "7 tamam" verilişinə qonaq olan zaman bildirib. Bayramov qeyd edib ki, avtomobili satdıqdan sonra yenisi ilə əvəz edəcək.

Müğənni bu maşını oğlu Qalib universitetə daxil olanda ona hədiyyə edib.

Avtomobil 2012-ci il istehsalıdır. Efir zamanı maşına alıcı çıxıb. İfaçının oğlu Qalib avtomobili ona 38 000 dollara (təxminən 64 600 AZN) satmağa razı olub. Alıcı isə ondan qiyməti biraz da endirməsini istəyib. 

Ətraflı videoda:



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top