"Qarabağ"ın məşqçisi istefa verdi

İDMAN 25 yan 2024, 13:32
"Qarabağ"ın akademiyasında ayrılıq yaşanıb.
 
Qaynarinfo-nun məlumatına görə, klubun U-15 komandasının baş məşqçisi Rakif Əliyev vəzifəsindən ayrılıb.
 
O, bu barədə açıqlamasında, "Bu gün öz istəyimlə Qarabağ FK akademiyasından ayrıldım. Komandamla gözəl günlər keçirtdik. Ölkə çempionu və Türkiyədə beynalxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Komandamı birinci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma çox sağol deyirəm. İnşallah yenə mövsümün sonunda çempion olarlar. Bütün nailiyyətlərdə əməyi keçən "Qarabağ" ailəsinə təşəkkür edirəm!" - deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top