"Qarabağ"ın akademiyasında ayrılıq yaşanıb. Qaynarinfo-nun məlumatına görə, klubun U-15 komandasının baş məşqçisi Rakif Əliyev vəzifəsindən ayrılıb. O, bu barədə açıqlamasında, "Bu gün öz istəyimlə Qarabağ FK akademiyasından ayrıldım. Komandamla gözəl günlər keçirtdik. Ölkə çempionu və Türkiyədə beynalxalq turnirdə çempion olduq. Bunun üçün çox şadam. Komandamı birinci pillədə təhvil verdiyim üçün bütün futbolçularıma çox sağol deyirəm. İnşallah yenə mövsümün sonunda çempion olarlar. Bütün nailiyyətlərdə əməyi keçən "Qarabağ" ailəsinə təşəkkür edirəm!" - deyib.
"Qarabağ"ın məşqçisi istefa verdi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


