“İrandakı qeyri-fars millətlər yeni alternativlərə yönəlib” — Güneyli politoloq

GÜNDƏM 25 yan 2024, 12:41
İranda hakimiyyətin devrilməsi üçün başlıca şərt müxalifətin birləşməsidir. “Report”un xəbərinə görə bunu iran əsilli hüquq müdafiəçisi Nobel Sülh mükafatı laureatı Şirin İbadi “Radiofarda"ya İrandakı vəziyyətlə bağlı müsahibəsində bildirib. O deyib ki, İranda məhkəmə sistemi o qədər zəhərlənib və korrupsiyaya bulaşıb ki, rüşvətsiz nəsə etmək mümkün deyil. Şirin İbadi hakimlikdən istefa verdikdən sonra vəkil olaraq lisenziya almaq üçün 7 il gözlədiyini bildirib.

İbadinin fikirlərinə münasibət bildirən güneyli fəal politoloq Çingiz Göytürk Demokrat.az-a açıqlamasında qeyd edib ki, İranda sistemin  tamamilə çökdüyü və dövlətin artıq hər hansı sahədə ən bəsit problemin həllində belə aciz olduğu bir həqiqətdir:

“Bunun başlıca səbəbi isə məşruiyyəti olmayan, legitimliyi cəmiyyət tərəfindən sorğulanan dövlətin çağdaş idarəçilikdən heç bir anlayışı olmayan və zaman-zaman maraqları bir-biri ilə toqquşan mafioz qruplar tərəfindən idarə olunmasıdır. Mövcud şərtlər daxilində davam edən və həlli mümkün görünməyən problemlərin iki başlıca səbəbi vardır. Birincisi, naməşru İran dövlət sistemi, ikincisi isə bu dövləti idarə edən hakimiyyət. İran adlanan ölkədə problemlərin səbəbini sadəcə rüşvətxorluq, fəsad, yoxsulluq, səriştəsiz hakimiyyət və s. kimi amillərlə izah etmək buz dağının sadəcə görünən hissəsini qeyd etməkdən başqa bir şey deyil. Bataqlıq İran dövlət sisteminin özü, onun quruluş fəlsəfəsidir. Yüz illik acılarla dolu tarixi təcrübə İran xalqına sübut etdi ki, bu bataqlığın üzərində çağdaş, demokratik, hüquqi cəmiyyət yaratmaq mümkün deyil. Bu bataqlıda ancaq İslam Cümhuriyyəti və Pəhləvilər kimi diktatur rejimlər dayana bilər. Mövcud hakimiyyətə alternativ olaraq göstərilən qrupların iddialarına, mahiyyətinə və əməllərinə nəzər saldıqda onların İslam Cümhuriyyəti və Pəhləvilərlə inanılmaz oxşarlıqları olduğunu görərik. Bu həqiqətlərdən yola çıxaraq bu gün İranda yaşayan və əhalinin 65-70 faizini təşkil edən, başda Azərbaycan türkləri olmaqla qeyri-fars millətlər yeni arayışlara və alternativlərə yönlənib. İranda ən təməl hüquqlarından belə məhrum edilən qeyri-fars millətlər öz dövlətlərini yaradaraq problemin real və qalıcı həllini nail olmaq əzmindədirlər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top