Şamaxı - İsmayıllı yolu buz bağlayıb

İNFRASTRUKTUR 24 yan 2024, 09:22
Dünən gecə saatlarından başlayan qar yağışı hələdə davam edir.

Demokrat.az xəbər verir ki, gece saatlarından Şamaxı - İsmayıllı avtomobil yolunun Muğanlı dolaylarında və digər istiqamətlərdə yollar buz bağlayıb.

DYP əməkdaşları tərəfindən sürücülərə xəbərdarlıq edilib və zərurət yaranmadığı təqdirdə yola çıxmamaları tövsiyə olunub. Ərazidə yolların bəzi hissələrinin qardan təmizlənməsinə baxmayaraq gediş-gəlişin təhlükəli olduğu deyilir.

Qarın yağması rayonlarda dağətəyi kəndlərə gediş-gəlişdə də problemlər yaradıb. Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının dağətəyi kəndlərində qarın hündürlüyü 35-40 sm-ə çatıb.

Hazırda kənd yollarının təmizlənmə işləri davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top