Perinatal Mərkəzdən xilas edilən 2 körpə ölüb?

GÜNDƏM 23 yan 2024, 19:35

Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan ikisinin dünyasını dəyişməsinə dair məlumat yayılıb.

Məlumat ilk dəfə "bakupost.az" saytında paylaşılıb. 

Sayt körpələrin bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirir. KTM-dən verilən məlumatda deyilir ki, ötən gün və bu gün mərkəzdə heç bir uşaq ölümü qeydə alınmayıb.

“Qafqazinfo” isə bildirir ki, körpələr sözügedən yanğından üç gün sonra vəfat ediblər.

Məsələ ilə bağlı TƏBİB hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Perinatal Mərkəzdə yanvarın 9-da yanğın baş verib və 4 körpə ölüb. Yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, “Yeni Klinika”ya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top