Ölkədə infeksionist həkimlər azdır — SƏBƏBLƏR

SOSİAL 23 yan 2024, 19:10
Milli Məclisin Səhiyyə Komitəsinin ötən həftə keçirilən iclasında bildirilib ki, ölkədə yoluxucu xəstəliklər sahəsində həkim qıtlığı var. Deputat İlham Məmmədov bu problemin əsasən regionlarda yaşandığımı deyib. Onun sözlərinə görə bu sahədə peşəkar kadrların hazırlanması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmalıdır. 

Professor Adil Qeybulla bu sahədə kadr çatışmazlığının səbəblərinə toxunub. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, Kovid 19 pandemiyası göstərdi ki, Azərbaycanda yoluxucu xəstəliklərin müalicəsi ilə məşğul olan həkimlərin sayında azlıq var:


"Pandemiya zamanı müxtəlif ixtisaslı həkimlərin insanların müalicəsi prosesinə qoşulması zərurəti yarandı. Çünki infeksionistlər çatmırdı. Həkimlərin bir hissəsi Tibb Universitetini bitirdikdən sonra xaricə gedirlər, xüsusilə Almaniyada, Türkiyədə qalırlar. İnfeksionist ixtisasını seçənlər də yəqin ki, az olur. Düşünürəm ki, bu ixtisasa daha çox yer ayırmaq, planlı bölgü sistemi yaratmaq lazımdır. Bir neçə il ərzində ciddi tədbirlər görülməlidir ki, bu sahədə həkim sayı yetərincə olsun".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top