Dilarə Əliyeva: “Mehriban Zəki ilə məni ölüm belə ayırmadı” — VİDEO

MƏDƏNİYYƏT 23 yan 2024, 13:12
Əməkdar artist Dilarə Əliyevanın efirdə söylədiyi monoloq Xalq artisti Mehriban Zəkini göz yaşlarına qərq edib. 

Demokrat.az xəbər verir ki, bu anlar isə “Söhbət var” verilişində yaşanıb. 

D.Əliyeva kövrələrək bu sözləri dilə gətirib: 

“Onunla yoldaş, yol yoldaşı, qan yoldaşı, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Biz yolumuzu düz getdik, nə sağlar, nə sollar ayırmadı. Bizi döngələr ayırmadı, hətta ölüm belə ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var”.

M. Zəki D. Əliyevanın bu çıxışına “Verilişinin bu məqamı sillə vuran olur. Silləni elə vurdun ki... Dilarə, çox sağ ol. Sənin yerin mənim həyatımda, ürəyimdə tamamilə başqadır” fikirlərini çatdırıb. 

Qeyd edək ki, ötən il D.Əliyevanın həyat yoldaşı Əməkdar mədəniyyət işçisi, “SOY production”un təsisçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi dəhşətli yol qəzası zamanı avtomobildə Mehriban Zəki də olub. (Bizim.Media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top