Məşğulluq Agentliyi 10,5 min əmək kitabçası alır — Ləğv etməyə hazırlaşırdı

İQTİSADİYYAT 23 yan 2024, 12:22
Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Tuna” QSC (VÖEN - 1700294531) olub.

Qalib şirkət Məşğulluq Agentliyi 10 min 853 manat 97 qəpik qarşılığında 10 min 525 ədəd əmək kitabçası hazırlayacaq. Bir ədəd əmək kitabçası üçün 1 manat 3 qəpik ödəniləcək.

Qeyd edək ki, tenderin qalibi olan “Tuna” QSC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 min manat olan QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.

Məlumat üçün bildirək ki, uzun illərdir Dövlət Məşğulluq Agentliyinin rəsmiləri tərəfindən Azərbaycanda əmək kitabçalarının ləğv olunması barədə açıqlamlar verilir.

2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, onlar 2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması yaradıblar: “Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq  Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top