Dövlət Xidməti ötən il 8 minə yaxın müraciətə baxıb

SOSİAL 18 yan 2024, 11:30
2023-cü ildə Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət üzrə ümumilikdə 7 597 müraciətə baxılıb, bu da 2022-ci illə müqayisədə 36,4 % çoxdur.

Demokrat.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsi əvvəlki ilə nisbətən 26,6 faiz bəndi artıb", - deyə o qeyd edib.

"Hesabat dövründə sahibkarlıq subyektləri istehlakçılara 618 min manatdan çox vəsait qaytarıb. Bu isə 83 % artım deməkdir", - deyə M.Abbasbəyli əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top