Mikayıl Cabbarov "TikTok"un vitse-prezidenti ilə görüşdü

SOSİAL MEDİA 17 yanvar 2024, 17:07
Azərbaycan "TikTok" şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində "TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb: "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top