Meksikada miqrantlar xilas edildilər

DÜNYA 16 yan 2024, 22:10
Meksikanın mərkəzi Tlaxcala əyalətində 726miqrant insan alverçilərinin əlindən xilas edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.

Məlumata görə, polis əyalətdə yerləşən anbarda ağır şərtlər altında saxlanılan miqrantlarla bağlı əməliyyat keçirib. 

75-i uşaq olmaqla 726 immiqrant təhlükəsizlik qüvvələri tərəfindən xilas edilib. 

Hadisə ilə bağlı 4 şəxs polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top