Mingəçevir İES-də 34 yaşlı fəhlə faciəvi şəkildə həyatını itirdi

HADİSƏ 27 avq 2019, 23:21

Mingəçevir İstilik Elektrik Stansiyasında bədbəxt hadisə baş verib.

 

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər sakini, İES-də fəhlə kimi çalışan 1985-ci il təvəllüdlü Yəhyayev Sənan Ramik oğlu iş zamanı hündürlükdən yıxılaraq 6000 kv-lıq elektrik naqilinin üzərinə düşüb. Hadisə nəticəsində 34 yaşlı Sənan yanaraq vəfat edib.

 

Qeyd edək ki, Sənan Yəhyayev ailənin yeganə oğlan övladı olub. 

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top