Oğuz sakini bədbəxt hadisə nəticəsində ölüb

HADİSƏ 11 yan 2024, 21:49

Oğuz sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, şəhər ərazisində 1974-cü il təvəllüdlü Rəsul İsrail oğlu Rəsulov yıxılaraq başını asfalta çırpıb.

Nəticədə ağır xəsarət alan 50 yaşlı R.Rəsulov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, axşam saatlarında xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top