"Ege Hospital" məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir — FOTO

HADİSƏ 09 yan 2024, 17:24

"Ege Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 


Qaynarinfo-nun məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib. 
 

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək. 


 

Fuad Əliyev 
 

Əbülfət Abbasov həkimlər barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" iddiasını qaldırıb. 


İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top