İsmayıllıda qəza baş verib, xəsarət alanlar var

HADİSƏ 05 yanvar 2024, 22:15
İsmayıllıda ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb. Hyunday markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı Qurbanəfəndi kənd sakini - 1966-ci il təvəllüdlü Alışanova Nəcibə Eldar qızı, 1959-cu il təvəllüdlü Osmanov Eldar Sadiq oğlu, 2002-ci il təvəllüdlü Alışanov Amil Fizuli oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top