Fəxrəddin Manafov bu dəfə aparıcı kimi efirə çıxacaq — VİDEO

ŞOU-BİZNES 04 yan 2024, 22:16

Xalq artisti Fəxrəddin Manafov bu dəfə tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq.

Axşam.az xəbər verir ki, aktyor ATV-də yayımlanacaq "Səhnə" adlı layihəyə aparıcılıq edəcək. Proqram yanvarın 6-da saat 22:00-da efirə gedəcək.

Səhnə və kulis, yaradıcılıq axtarışları, səhnə korifeylərimizin həyat və sənət dünyası, eyni zamanda, Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatrımızın inkişaf mərhələləri kimi məqamlar yeni layihənin əsas hədəflərindəndir.

Layihənin ideya müəllifi və rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadədir.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top