“Turan Tovuz” Türkiyədə 3 yoxlama görüşü keçirəcək

İDMAN 02 yan 2024, 13:15

Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə keçəcək “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri bəlli olub.

Demokrat.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, yanvarın 17-dək Antalyada hazırlıq keçəcək Premyer Liqa təmsilçisi 3 matçda gücünü sınayacaq.

Tovuzlular ilk yoxlama oyununa yanvarın 9-da çıxacaqlar. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Növbəti oyunlar yanvarın 15-də gerçəkləşəcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 görüşdə yetirmələrini yoxlayacaq.

Komanda günün ilk oyununda Macarıstan “Şiofok”u ilə qarşılaşacaq. Bir neçə saat sonra reallaşacaq qarşılaşmadakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

Qeyd edək ki, 18 turda 22 xal toplayan “Turan Tovuz” Premyer Liqada 7-ci pillədə qərarlaşır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top