"Qeyrətsiz qadının başı kəsilməlidir" - Nadir Qafarzadə

ŞOU-BİZNES 24 avq 2019, 23:25

Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi ölkədə böyük rezonans yaradıb.
 

Müğənni Nadir Qafarzadə BAKU.WS-ə açıqlamasında qadını öldürən kişi barəsində özünəməxsus fikir bildirib:

 

"Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir. İnanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin".

 

Müğənni həmçinin vurğulayıb ki, qadına azadlıq çərçivə daxilində verilməlidir. "İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsizliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır.

 

Bir çoxları elə düşünür ki, azadlıq elə özünü açıb-tökmək, istədiyini etməkdir. Belə bir misal da var ki, 40 il boyunduruq altında yaşamqdansa, bir gün kişi yaşamaq lazımdır. Amma qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top