Buğda idxalı daha üç il müddətinə ƏDV-dən azad edilib

SİYASƏT 01 yan 2024, 17:15
Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Demokrat.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.

Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddəti iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top