ABŞ gəmisi husilərin iki raketini vurdu

DÜNYA 31 dek 2023, 15:57
ABŞ-nin “Gravely” hərbi gəmisi Qırmızı dənizdə husilərin raketlərini zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Bildirilib ki, gəmi husilərin Danimarkanın “Maersk” şirkətinin konteyner gəmisinə hücumuna cavab olaraq iki gəmi əleyhinə ballistik raketi vurub.

Qeyd edək ki, “Maersk” ticarət gəmisi Qırmızı dənizin cənubundan keçərkən atəşə tutulub. Gəmiyə ciddi ziyan dəyməyib və tələfat olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top