20-dən çox avtomobil qəza törətdi

HADİSƏ 28 dek 2023, 22:12
Türkiyədə 22 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında ən azı 15 nəfər xəsarət alıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kahramanmaraş vilayətində baş verib.

Səhər saatlarında əmələ gələn qatı duman səbəbindən görmə qabiliyyətinin məhdudlaşdırıldığı magistralda zəncirvari yol qəzası baş verib. 

Mikroavtobus, sərnişin avtobusu və minik avtomobillərinin iştirakı ilə baş verən qəzada azı 15 nəfər xəsarət alıb.

Qəzadan sonra hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürən və polis qrupları göndərilib. Qəzada xəsarət alan sürücülər xəstəxanaya yerləşdirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top