Bakı-Ağstafa istiqamətinə sürət qatarı istifadəyə verildi

İNFRASTRUKTUR 27 dek 2023, 15:41
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa istiqaməti üzrə sürət qatarı təyin edir.

QSC-dən Demokrat.az-a verilən məlumata görə, 31 dekabr tarixində Bakıdan saat 16:00-da yola düşən qatar saat 22:25-də Ağstafaya çatacaq.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top