"Şəbnəm Tapdıq ailə qurmalıdır ki, başı ona qarışsın"

ŞOU-BİZNES 15 dek 2023, 20:59

Müğənni Şəbnəm Tovuzlu Əməkdar artist Şəbnəm Tapdığın onun adı ilə bağlı iddiasına cavab verib. 
.
Axşam.az xəbər verir ki, sənətçi Ş.Tapdığın adının Aygün olmasını deməsinə gülərək reaksiya verib.
"İşə düşmüşəm... Əgər bu qədər iddialıdırsa mənim Tovuzda müəllimlərim var, getsin soruşsun. Öyrənsin görsün hansı adla məktəbə yazılmışam, bütün kənd məni necə tanıyıb. Şəbnəm Tapdığa ailə qurmaq lazımdır ki, başı ailəsinə qarışsın. Mənə başı qarışmasın" deyə, Ş.Tovuzlu bildirib. 

Qeyd edək ki, Şəbnəm Tapdıq Şəbnəm Tovuzlunu məhkəməyə verib. O, ifaçıdan adını dəyişdirməsini istəyib. Məhkəmənin ilk iclası ötən gün keçirilib.

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top