"Canana məni öldürmək istəyir" — Mətanət İsgəndərli

ŞOU-BİZNES 09 dek 2023, 18:30

Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana (Aynur Vaqifqızı) arasındakı qalmaqal daha da böyüyüb.

Axşam.az xəbər verir ki, müğənni "Yaxşıya doğru" proqramına gələrək Canananın onun haqqında iddia etdiklərinə cavab verib. M.İsgəndərli daha sonra oğlu Kərimlə keçmiş gəlininin tanışlığından danışıb. O bildirib ki, Canana onları illərlə aldadıb:

"Canana Kərimdən 7 yaş böyükdür. 21 yaşlı qız 8-ci sinifdə oxuyan oğlanı (oğlu Kərimi nəzərdə tutur - red.) sevə bilər? Oğlum 8-ci sinifdə oxuyurdu. Gördüm ki, o kimləsə telefonla danışır. Dedi ki, ana, sənin fanatın olan bir qızla danışıram. Mən də ondan kim olduğunu soruşanda söylədi ki, Mətanət xanım, sizin fanatınızam. Ondan yaşını soruşanda mənə yalandan 18 olduğunu dedi. Amma o zaman onun 21 yaşı olub.

Ona telefonda sual verdim ki, oğlum Kərimdən 4 yaş böyüksən, sənin mənim oğlumla nə münasibətin ola bilər? Sonra bu söhbət mənim yadımdan çıxdı. Canana hər gün oğlumun oxuduğu məktəbə gedirmiş, onu dərsdən çıxarırmış, aparıb onu yelləncəklərə mindirirmiş, yeməyə ona hamburgerlər alırmış. Qızım Ülkər isə oğlum Kərimdən 4 yaş kiçik idi. İkisinin də əlin dəntutub parklara gəzməyə aparırmış. Uşaqlar gəlib mənə deyirdilər ki, bəs bizi sənin fanatın zooparka aparır, gəzdirir. Onlara söylədim ki, gətirin, görüm axı, bu kimdir. Kərim onu gətirdi. Mən də bu qıza inandım. Başını aşağı salmış, utancaq vəziyyətdə qarşıma keçdi".

M.İsgəndərli iddia edib ki, valideynləri də Cananadan imtina edib:

"Yalandan valideynlərinin Moskva şəhərində yaşadığını söylədi. Amma sən demə, atası, anası Moskvanın ucqar vilayətinin bir kəndində yaşayırlarmış. Ata-ana bu Canana ilə bacarmayıb, buna görə də gəlib Azərbaycana, Bakıya. 21 yaşlı qız bir gün dayısının, növbəti gün Göranboyda yaşayan nənəsinin evində qalırmış. Bu qız evdə tək yaşayırmış. Salıb oğlum Kərimi tora. Bu hadisənin üzərindən iki il keçdi. Oğlum artıq 10-cu sinifdə oxuyurdu. Canana Kərimi öyrədib ki, get anana söylə, sən bu qızı mənə almasan, əlimdə olan bu dərmanları içib özümü öldürəcəyəm. Çünki Canananı başqa oğlana ərə verirlər. Canana övladımın gözünü açıb və yoldan çıxarıb. Oğlum təhsilini başa vurdu, əsgərliyə gedib gəldi və haradasa, 10 ilə yaxın vaxt keçdi. Günlərin bir günü uşaqlarımla Antalyaya getdim. Yanımızda da Canana var idi. Qızım gəlib mənə dedi ki, bəs, Canananın pasportuna baxmışam. O Kərimdən 7 yaş böyükdür. Bunu öyrənəndə şoka düşdüm. Əgər sən düz adamsansa, yaşını niyə gizlədirsən?

Canana oğlumu 10 il gözlədi. Əgər sən oğlumu belə istəyirdinsə, niyə onu atıb getdin? Canana bizə yaraşmayan şərlər atdı. Qrdaşı dedi ki, onu evinizə buraxmayın, ona qarşı ürəyiyumuşaqlıq etməyin. Onun çox təhlükəli olduğunu deyir. Qardaşı söylədi ki, dəfələrlə Canananı döyüb. Elə oldu ki, Canana gəlib ağladı ki, anam xərçəngdir, öləcək. Anası elə də pis qadın deyildi. Kaş, anası sağ qalardı. Kərimlə Canananın toyuna iki gün qalmışdı. Anasına zəng vurdum, dedim ki, bəs, sənin qızın xoş olmayan bir iş görüb. Anası mənə dedi ki, kül onun başına. Toyu edin, biz biabır olmayaq. Toydan sonra Canananı götürün atın bizim üstümüzə. Bunu onun öz anası bizə söylədi. Canananın tək məqsədi mənə də, oğlum Kərimə də bir şey olsun, bu da gəlsin, mənim hər şeyimə yiyələnsin. Bunun yeganə məqsədi də budur. Canana məni öldürmək istəyir".

 Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top