![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/12/8/1/fa994b9e-c058-4eb0-967a-7ca1cc81be89/gvv.jpg)
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.
Demokrat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.
Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfatg edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır.