Səudiyyə Ərəbistanın şahzadəsi təyyarə qəzasında öldü

DÜNYA 08 dek 2023, 20:37
Səudiyyə şahzadəsi Talal bin Əbdüləziz bin Bəndər bin Əbdüləziz Əl Səud vəfat edib.

Demokrat.az
xəbər verir ki, yerli KİV-in məlumatına görə, o, təyyarə qəzasında ölüb.

Səudiyyə Ərəbistanından verilən rəsmi açıqlamada isə şahzadənin ölüm səbəbi açıqlanmayıb.

Səudiyyə Ərəbistanının Kral Məhkəməsi verdiyi açıqlamada şahzadənin ölümünü elan edib və cənazə mərasiminin Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində keçiriləcəyini bildirib.

Qeyd edək ki, Şahzadə Talal bin Əbdüləziz şahzadə Bəndərin oğlu və ilk Səudiyyə hökmdarı Kral Əbdüləzizin nəvəsi idi.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top