Mətanət eks-gəlininə görə hüquq-mühafizə orqanlarına müraciət etdi

ŞOU-BİZNES 08 dek 2023, 20:25

"Dəfələrlə demişəm ki, gəl uşaqlarını apar. Gəlsin uşaqlarını aparsın. Artıq yorulmuşam, bu, onun mənə çox sağ oludur? Boşanmısan getmisən. Deyirdin, azadlıq istəyirəm. Bu da sənə azadlıq. Evdən qovmadıq, çıxartmadıq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Yaxşıya doğru" verilişində deyib. O, keçmiş gəlini Canananın iddialarına reaksiya verib:

"Getdim ayağına yalvardım ki, evin dağılmasın. Oğlum dəfələrlə getdi ki, barışsın. Qayıtı ki, ailə mənlik deyil, get həyatını yaşa. Onun səsləri də var, buna görə biz məhkəməni udduq. İkinci məhkəməyə düzgün baxılmadı, uşaqlar verildi ona. Yaxşı oldu, verdilər uşaqları anaya. Gəldi Kərimlə oturdular anlaşdılar ki, mən alimentdən imtina edirəm, siz də edin. Uşaqlar da sizdə qalsın. Əvvəl gündən uşaqlar anada qalırdı. Biz 6 ay Moskvada yaşadıq. Uşaqlar bizə ağlaya-ağlaya zəng edirdilər ki, ana bizi gecə evdə tək qoyub və gedib, qorxurduq. Oğlum və mən səhərə kimi uşaqlarla görüntülü danışmışıq ki, qorxmayın. Belə şeylər çox olub. Moskvadan gələn kimi özü gətirdi uşaqları qoydu mənim qapıma ki, siz baxın".

M.İsgəndərli Canananın oğlu Tuncayla bağlı yaydığı videodan söz açıb:

"Uşaq ona deyir ki, məni çəkmə. Tuncay çox tərbiyəli uşaqdır. Onu o həddə gətirir ki, əsəbiləşir. Uşaq istəmir ki, onu çəksin. Uşaq niyə qapıya yapışıb? Deyir, çəkmə məni. Ana da dayanmadan çəkir, məqsədi var. Biz həmin evdə birlikdə yaşayırıq, xoşbəxt. Tuncayla onun arası yox idi. Son aylar yapışıb Tuncaydan. Bilirdim ki, yeni plan üstündə çalışır. Tuncay da başına papağı bürüyüb ki, çəkməsin. Bilir ki, ana TikTok-da onu biabır edəcək. 5 ildir boşanıb, oğlum evlənib. Sənin ixtiyarın var ki, həmin evə girəsən?".

Canananın "Məni şantaj etdilər, 350 min manatdan imtina etdim" iddiasına isə müğənni belə reaksiya verib:

"Həmin 350 min manatın yerini deyin bilim. Hanı o pul? Ömrümboyu 350 min görməmişəm. Bu işlər məhkəmə ilə həll olunub. Bizim gözəl qanunlarımız var, hər kəsin hüququ qorunur. Bu da sevinirdi ki, məhkəməni uddum. Hər bir dövlətdə uşaq anaya verirlər. Uşaqlara dəfələrlə demişəm ki, istəyirsinizsə, anayla gedin. Ana bütün günü bunların beynini doldurur ki, mənim gücüm yoxdu sizə baxmağa. Nənə evində lüks həyatınız var.

Birinci məhkəmədə uşaqları dindirdilər. Kərim deyirdi ki, şok oldum, uşaq ananı istəmir. 5 ildir uşaqlara mən baxıram. Oğluma düşən mülklərdən Canana öz payını alıb. Barışıq müqaviləsi bağladılar, hüquqi şəkildə məhkəməyə təqdim olunub. Canana bizdən ona düşən vəsaiti alıb. Evlilik dövürlərində həyat yoldaşı nə alıbsa, ondan ona pay verilib. Onun gözü mənim evimdədir. Bir evim var, özüm yaşayıram. Digər evdə gəlinim, oğlum və övladları yaşayır. 35 ildir əziyyət çəkib ev almışam. Kaş 5 evim olardı, birini uşaqlara qurban edərdim. Onun dərdi ev deyil. Dəfələrlə ona təklif etdim ki, gəl sakit boşan, uşaqlara yazığın gəlsin. Uşaqlar utanırlar. Dedim sakit boşan, ev də verəcəm, maşın alacam, istirahətə də göndərəcəyəm. Qayıtdı ki, mən karyera quracağam, uşaqlara baxan deyiləm. İndi gecdi, o, bizə çəkdirdiyini çəkdirdi. Bizim yerimizə kim olsa, ürəyi partlayardı.

Dövlətin qanunlarına innaıram. Araşdırsınlar ki, bunun arxasında kim durur. Qorxuram, kim onu öyrədir bizim üstümə durar. O, sabah uşağı oğurlatdırıb, məndən pul istəyər. Hüquq-mühafizə orqanları, bizə yardım edin. Həyatımız təhlükədədir, Canana bizə yaşamağa imkan vermir. Ona dedim ki, yığış küçələrdən, saytlardan, uşaqları yığ başına. Övladımın evini bir dəfə yıxdı, indi imkan verməyəcəm. Gündə qapımıza hücum edir.

Onun adı Aynur Vaqifqızıdır. Bizə də özünü Canana kimi tanıdıb. Xına mərasimində bilmişəm ki, adı Aynurdur".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top