Cənub zonasına intensiv yağış yağıb — Faktiki hava

SOSİAL 06 dek 2023, 09:51
Dekabrın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi gecə saatlarından 8-13 m/s-dək zəifləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, dekabrın 5-də günün ikinci yarısından bəzi yerlərdə arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı Lənkəranda 20 mm, Astarada 10 mm, Quba, Biləsuvar, Zaqatala, Balakən, Göygöl, Cəfərxan, Beyləqan, Şabran, Qobustan, Xaltan, Qusar, Tərtər, Neftçala, Sabirabad, İmişli, Xaçmaz, Yardımlı, Göytəpə, Ağdam, Naftalanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top