Milli Məclisin adının dəyişdirilməsi təklif edilib.
Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquluyev bildirib.
O qeyd edib ki, Milli Məclisin adı dəyişdirilib Ali Məclis adlandırılmalıdır. Deputatın sözlərinə görə, regionların hər birinin məclisi olmalı, özləri öz təmsilçilərini seçməlidir.
"Cənab Prezident vaxtilə səlahiyyətli nümayəndələr təyin edərkən bildirmişdi ki, onlar özlərini doğrultsa da, islahatlara gediləcək. Mənim fikrimcə, 15 iqtisadi rayon yaradılmalı, Naxçıvan Ali Məclisi Məclis adlandırılmalıdır. Bu regionlara rəhbərlər məclisdə seçilməlidir. Bununla xalq dövlət idarəetməsinə daha yaxın ola bilər. Azərbaycanda bürokratik aparat siyasi qüvvəyə çevrilib. Bunun gec olmadan qarşısı alınmalıdır. Bunun tək yolu yerlərdə rəhbərlərin seçkili olaraq seçilməsidir”,- deyə deputat vurğulayıb.