Monitorinq Mərkəzinin direktoru saytlara çağırış etdi

MEDİA 04 dek 2023, 11:39
"Saytların dil vəziyyətinin qənaətbəxş olduğunu hesab etmirəm, çalışmalıyıq ki, ana dilinin qorunması qaydasına əməl edək".

Demokrat.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, bu, Monitorinq Mərkəzinin sayca yeddinci hesabatıdır.

"Hesab edirəm ki, burada məsuliyyət birbaşa olaraq sayt rəhbərlərinin üzərinə düşür. Saytların rəhbərləri əməkdaşlarını düzgün seçməlidirlər. Azərbaycan dilində yazı qabiliyyəti olmayan jurnalistlərlə işləməməlidirlər. Azərbaycan dilinin normalarına əməl etmək hər kəsin, o cümlədən hər bir jurnalistin borcu və məsuliyyətidir. Bəzən hesabatlarımız narazılıqla qarşılansa da, bütün bunlar dilimizin təzmiliyinin qorunması üçündür. 456 səhifəlik hesabatın səhifə sayının ildən-ilə azalmasını arzu edirik", - S.Əliyeva vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top