“Qanuni Oğrular” təşkilatının rəhbəri Şamil Əmirov İstanbulda saxlanıldı — VİDEO

HADİSƏ 03 dek 2023, 15:10
İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirov İstanbulda saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, dələduzluqda itiham olunan Ş. Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyer bölgəsində yaxalanıb.

“Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizəni getdikcə daha da artıracağıq”.

Qeyd edək ki, Ş. Əmirov Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçisidir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top