![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/12/1/1/b3279f6f-0d08-4594-b793-3fb8211713fb/qizilca_638370492150313489.jpg)
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.
Bu barədə “Trend”in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan dörd nəfərin müalicəsi davam etdirilir:
“Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır”.
Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:
Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.